Home » Avtomat sürət qutusunu necə uzun ömürlü etmək olar? | Faydalı məsləhətlər.

Avtomat sürət qutusunu necə uzun ömürlü etmək olar? | Faydalı məsləhətlər.

Avtomatik sürət qutusunun vaxtından əvvəl sıradan çıxmasının əsas səbəbləri düzgün təmir edilməməsi və düzgün istifadə edilməməsidir. Mütəxəssislər,sürət qutusunun sıradan çıxmasına səbəb olan sürücülərin ən çox yayılmış səhvlərini topladılar.

Klassik avtomatik ötürməli sürət qutularından danışırıq.CVT-lərin və bir, iki muftalı “robot”ların özünəməxsus xüsusiyyətləri var.

Mayenin vaxtında dəyişdirilməməsi

Bəzi avtomobil istehsalçıları transmissiya mayesinin dəyişdirilməsinə ehtiyac duymur, bununla belə, bu sürət qutusunun ömrünü uzada biləcək çox vacib bir prosedurdur. Avtomatik sürət qutuları istehsalçıları özləri sürtkü maddəsini hər 60 min kilometrdə bir dəyişdirməyi məsləhət görürlər.

Maye səviyyəsinə nəzarət

Sürət qutusu bir mühərrik deyil, buna görə də mayedə azalma olmamalıdır.Ancaq bir müddət sonra avtomatik sürət qutularında prokladka, germetik hissələrin mayeni sızdırması səbəbiylə, həm də mayeni dəyişdirərkən səviyyəsinin səhv təyin olunmasına görə maye azlığı yaşana bilər.

Sürət qutusunun radiatorunun təmizliyi

Çirklənmiş radiator avtomatik sürət qutusunda mayenin çox qızmasına və tərkibinin itirilməsinə səbəb ola bilər. Bəzi avtomobillərdə hətta sürət qutuları o qədər yüklənir ki, maye üçün əlavə bir soyutma radiatoru tələb olunur.

Yoxuşda park etmək

Avtomobilin bir meyl üzərində daimi dayanması, yalnız mühərrikdə deyil, həm də sürət qutusunda işə saldıqdan sonra yağ çatışmamazlığı yaradır.Zərərin qarşısını almaq üçün yoxuşda park edərkən əl əyləcindən istifadə etmək də vacibdir.

Qızdırmadan avtomobili sürmək

Bəzi avtomatik sürət qutulu modellər motorlara nisbətən qızdırılmadan işləməsinə daha həssasdır.Maye isinmədən əvvəl sürət qutusunun ağır şəkildə yüklənməsi tövsiyə edilmir.

Biz sizə avtomatik sürətlər qutusunun vaxtından əvvəl sıradan çıxmasına qarşı bir neçə məsləhətlər verdik,avtomobil sahibisinizsə bizim saytı izləyərək vaxt aşırı izləyicilərimizlə bölüşdüyümüz müxtəlif məsləhətlərdən xəbərdar ola bilərsiniz.

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir