Dəcəl Fiat | Abarth 595

Abarth tuning atelyesindən olan balaca Fiat 500 çox müxtəlif versiyalara sahib idi. Bəzilərinin tirajları məhdud idi, lakin xüsusilə uğurlu olanlar davamlı oldu. 2013-cü ildə, yalnız 299 nüsxədə çıxan “Abarth 595 50th Anniversary” modelini, İtalyanlar 1.4 T-Jet 180 at gücü və 250 Nm fırlanma anı ilə turbo motorla təqdim etdi (695 seriyasında da istifadə edilib). 2015-ci ildən bu mühərrik bütün Abarth 595 modellərində qurlaşdırıldı.

Xatırladaq ki, əvvəllər Fiat Abarth 595 Competizione mühərrik 160 “at” istehsal edirdi. İndi daha güclü versiya 100 km / saata 6,7 ​​saniyəyə sürətlənə bilir(əvvəlki daha yavaş idi – 7,4 saniyə). Maksimum sürət 225 km / saat ilə məhdudlaşır. Modelin standart komplektasiyasına Brembo əyləcləri, idman oturacaqları və sükan, park sensorları və 17 düymlük təkərlər daxildir.

Azərbaycanda bir neçə ədəd mövcuddur bu modeldən,yolda görərkən sürməyə çalışmayın 😉

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

Bir cavab yazın