Bu gün baş vermiş ağır yol-nəqliyyat hadisəsi.

Hava limanı-Bilgəh yolunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “Mercedes Vito”da olan 9 nəfərdən 3-ü vəfat edib. Digər 6 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, “Mercedes Vito” yol-hərəkəti qaydasını pozaraq yük maşınının qarşısına keçib. Bundan sonra idarəetməni itirən “Shacman” sözügedən nəqliyyat vasitəsini bir neçə metr kənara atıb.

Qafqazinfo

Autoblog.Az

Bir cavab yazın