Bakıda “Toyota Prius” ilə “Ferrari” toqquşdu

Bakının Nəsimi rayonunda yol qəzası baş verib, hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Hadisə paytaxtın Salatın Əsgərova ilə İslam Səfərli küçələrinin kəsişməsində baş verib.

Belə ki, “Toyota Prius” markalı avtomobilin sürücüsü yol nişanın tələbinə əməl etməyərək qəfil yola çıxıb.

Bu zaman kəsişmədən keçən “Ferrari” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb.

Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Bir cavab yazın