30 yaşlı BMW M5 E34 85000 Azn’ə satıldı.

30 yaşlı BMW M5 E34, yeni 5-ci Seriyanın qiymətinə satıldı

ABŞ-da 30 yaşlı BMW M5 E34 bir Ebay.com alıcısına 50.100 dollara başa gəldi.  Okeanın o tayında bu pula 2021-ci ilin BMW 530i G30 modelini ala bilərsiniz.Yüksək qiymət avtomobilin 10 min kilometr məsafə qət etməsi və sedanın vəziyyəti ilə izah olunur – həm gövdəsi, həm də daxili orijinal formasını qoruyub saxlayıb.

Satışa çıxarılan M5 E34, ABŞ-a İtaliyadan idxal olunduğundan, bu bir Avropa modelidir bizim dillə desək “evropeykadır”.

1991-ci il M5 E34-dən bəhs etdiyimiz üçün deməliyik ki, kapotun altında 315 at gücü və 360 Nm fırlanma anı olan S38B36 altı silindrli mühərriki var.Avtomobil 5 pilləli “mexanika” sürət qutusu ilə təchiz olunub.

BMW 6,3 saniyədə ilk yüzü yığır və ən yüksək sürət 250 km / saat hesab olunur.

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

Bir cavab yazın