Ayrı bir şirkətə çevirmək istədikləri, “Geely”-nin premium alt brendi “Zeekr” ikinci modelini təqdim etdi. Bu, “Geely”-nin SEA (Sustainable Experience Architecture) platformasında hazırlanmış böyük və dəbdəbəli, elektrikli “Zeekr 009” minivenidir.
“Zeekr 009”-un ölçüləri 5209 x 2024 x 1856 mm, təkər bazası 3205 mm-dir. O, 20 düymlük diskləri və pnevmatik asqı ilə təchiz olunub.Avtomobil ön tərəfdən saxta radiator barmaqlığı və qeyri-adi oprika ilə maraqlı görünüş alıb.
Salonda yalnız əyləncə üçün deyil, həm də klimat-kontrol sistemi, elektrik şüşələr və pəncərə pərdələri kimi əsas funksiyaları idarə etmək üçün istifadə olunan bir neçə “touch” ekranı var.
“Zeekr 009” iki elektrik mühərriki və tam ötürmə sistemi ilə istehsal ediləcək. Ön və arxa oxlarda ümumi gücü 544 at gücünə malik bir elektrik mühərriki quraşdırılıb. Akkumulyatorun tutumu 116 kVt/saatdır ki, bu da enerji doldurmadan 676 km məsafə qət etməyə imkan verir (CLTC dövrünə uyğun olaraq). Yeni minivenin maksimal sürəti 190 km/saatdır.
Çində “Zeekr 009”-un satışı 2022-ci ilin sonunda təxminən 55 min dollar qiymətinə başlayacaq.
Maraqlıdır ölkəmizdə elektrikli minivenlər sevilərmi?
Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.