İsveçrənin “Morand” startapı tərəfindən hazırlanmış “eTechnology” elektromobil bazarının qaydalarını tamamilə dəyişdirmək potensialına malikdir.Bunlar 72 saniyə ərzində 80%-ə qədər dolan dartma akkumulyatorlarıdır.Bu akkumulyatorlar ənənəvi litium-ion akkumulyatorlarından dəfələrlə sürətlidir və hətta adi avtomobili yanacaq ilə doldurmaqdan daha sürətlidir.Bu texnologiya elektromobil bazarında böyük inkişaf ola bilər.
Morandın sözlərinə görə, “eTechnology”nin daha bir üstünlüyü, bu gün elektrikli nəqliyyat vasitələrində istifadə edilən ənənəvi litium-ion batareyalardan daha uzun batareya ömrü təmin etməsidir.
Startapın məlumatına görə, sınaqlar zamanı “eTexnology” prototipi – hər biri 400 V gərginliyə malik, 2,4 kVt/saatlıq üç modul 72 saniyəyə 80%, 120 saniyəyə 98%, 2,5 dəqiqəyə isə 100% enerji yığa bilib (900 A/360 kVt).Belə yüksək doldurma sürəti həm ənənəvi akkumulyator texnologiyalarından, həm də superkondensatorlardan istifadə edən hibrid sistem tərəfindən təmin edilir
Morandın sözlərinə görə, şirkət “eTechnology” prototipinin 50 000-dən çox şarj dövrünü sınaqdan keçirib ki, bu da adi litium-ion batareyaların öhdəsindən gələ biləcəyindən qat-qat çoxdur.Şirkət həmçinin iddia edir ki, texnologiya hətta həddindən artıq aşağı və yüksək temperaturda da effektivdir, bu da elektrik avtomobilləri üçün ənənəvi akkumulyatorlarla müqayisədə daha əlverişlidir.
Bu nəticələr, əlbəttə ki, uzun məsafəli avtomobillərdə istifadə olunan 100 kVt/saat və ya daha çox tutumlu akkumulyatorlara hələlik şamil edilmir.İsveçrə startapı texnologiyanı bazara çıxarmaq üçün adı hələ açıqlanmayan tərəfdaşlarla əməkdaşlıq edir. Bu batareyaların litium-ion batareyalarından daha bahalı olacağı gözlənilir, lakin istehsal miqyası artdıqca, potensial inqilabi texnologiyanın qiyməti aşağı düşəcək.Morand, Hope Racing Oreco 01 Hybrid yarış prototipinin hazırlanmasında mühüm rol oynayan keçmiş Lotus F1 və McLaren komandasının meneceri Benoit Morand tərəfindən təsis edilib.
Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.