Avtoxuliqanlıq nədir? | Qanunda nə necədir?

Ölkəmizdə ən populyar “avtoxuliqanlıq” sağdan ötmə hesab olunur.Niyə belə hesab edirik? Çünki ən çox avtoxuliqan kimi saxlanan sürücülərin bu səbəbdən saxlandığı məlumdur.Gəlin biraz qanuni tərəfindən baxaq və aşağıdakı suallara cavab tapaq.

Avtoxuliqanlıq qanunda necədir?

Avtoxulqanlıq etdikdə protokol tərtib etmədən avtomobiliniz cərimə meydançasına gedə bilərmi?

Avtoxuliqanlıq barədə İnzibati Xətalar Məcəlləsi 511-ci maddəsində yazılıb:

Maddə 511. Avtoxuliqanlıq

511.1. Avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə:

511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə;

511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə;

511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

511.2. Bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

511.3. Bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə – nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Qeyd: Yol-nəqliyyat hadisəsinin qarşısını almaq məqsədilə mexaniki nəqliyyat vasitəsini sərt tormozlamaq nəticəsində sürtünmə səslərinin çıxarılması və ya təkər izlərinin buraxılması hallarına bu Məcəllənin 511.1.3-cü maddəsinin qüvvəsi şamil edilmir.

Avtoxuliqanlıq budur. 

Lakin çox hallarda adi bir hərəkətiniz sizi avtoxuliqan kimi saxlamalarına səbəb ola bilər.Çalışın manevr edərkən dönmə işığında istifadə edin,ard-arda və cəld şəkildə manevrlər etməyin.Bəzən kimisə keçmək istədikdə oda sürəti qaldıraraq sizinlə yarışmaq istəyir, belə hallarda sürəti azaldın ki 511.1.1 ci maddəyə əsasən cərimələnməyəsiz.Ümumiyyətlə avtomobilinizdə videoqeydiyyatçı(видеорегистратор) mütləq lazımdır ki hansısa qayda pozuntusu ilə saxlanıldıqda sübutunuz olsun.Onuda nəzərə alın ki əgər həqiqətən əməllərinizdə avtoxuliqanlıq varsa ümumiyyətlə etiraz etməyiniz sizin xeyrinizə olmayacaq.

Avtoxuliqan kimi saxlanıldıqda adətən sizə protokol tərtib etmədən avtomobilinizi duracağa yerləşdirirlər,bu qanunsuz əməldir.

Görək qanunda necədir:

Maddə 96. Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma və sərxoşluq vəziyyətinin müayinəsi

96.1. Fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır:

96.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas olmadıqda;

96.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə;

96.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vəsitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə; 96.1.4. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasına güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda;

96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda;

96.1.6. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda.

Burdan belə nəticəyə gəlirik ki, avtomobil İnzibati Xətalar Məcəlləsinə əsasən avtoxuliqanlığa görə cərimə meydançasına gedə bilməz.Əgər DYP əməkdaşı sizə israr edirsə ki avtomobil getməlidir meydançaya,bu barədə dərhal 102 və 902-yə zəng edib bildirin.Avtoxuliqanlıqda ittiham edilirsinizsə sizə protokol tərtib edilir, vəsiqə alınır (çünki məhdudlaşdırılma ola bilər), müvəqqəti gediş vərəqəsi verilir və  sərbəst buraxılırsınız.Daha sonra aidiyyəti qurum tərəfindən cərimə yazılır, ya da sizin işiniz məhkəməyə göndərilib bu əmələ görə sürücülük vəsiqənizin məhdudlaşdırılması ilə bağlı qərar istənilir.

DYP əməkdaşı bu prosesdə mütləq sizin avtoxuliqanlıq etdiyinizin sübut etməlidir.Əgər DYP əməkdaşında hər hansısa sübut yoxdursa siz İXM-in 8-ci maddəsinə əsasən təqsirsiz hesab oluna bilərsiniz.

İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi ilə aşağıdan tanış ola bilərsiniz:

Bir cavab yazın