Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib.

Ağsu rayon sakini, 1993-cü il təvəllüdlü Cəfərov Səbuhi Mehman oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək, yolun kənarındakı su kanalına aşıb.

Hadisə zamanı sürücünün anası 1965-ci il təvəllüdlü Cəfərova İrayə Cəfər qızı hadisə yerində ölüb.

Digər sərnişinlər – Ağsu rayon sakinləri Cəfərova Mehriban Rəhman qızı, Qasımova Sona Rəhman qızı, Qasımov Pünhan Mənsur oğlu və Qasımova Zəhra Mənsur qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

İstinad: Qafqazinfo
Autoblog.Az

Bir cavab yazın