Almaniyada avtomobillərin etibarlılığının növbəti reytinqi açıqlandı.Siyahı Texniki Nəzarət Birliyi (VdTUV) tərəfindən tərtib edilib.Birlik avtomobil sahiblərinin təmir servislərinə səfəri ilə bağlı məlumatları təhlil edir və il üzrə statistika hazırlayır.
Azərbaycan və Almaniyanın avtoparkı fərqlidir, lakin hər iki ölkədə istifadə olunan bir çox avtomobil var. Alman reytinqinə əsaslanaraq beş krossover modeli seçdik. On illik istifadə zamanı ən az xərc tələb edən beş krossover:
- BMW X1. Almaniyada on il ərzində bu model avtomobillərin yalnız 15.9% -i texniki problemlər ilə servisi ziyarət edib. Ortalama yürüş – 135.000 kilometr;
- Audi Q5. Bu modelin 18% -i təmir servisində olub. Ortalama yürüş – 159.000 kilometr;
- Mercedes GLK. Bu modelin on il ərzində 18,2%-i təmir servisini ziyarət etmişdir, modelin ortalama yürüşü 146,000 kilometr;
- Volvo XC 60. Bu modelin 19.5% -i istehsal olunduğu tarixdən on il keçmədən təmirə ehtiyac duyurdu, lakin ortalama yürüşü 176.000 kilometrdir;
- Toyota RAV4. Bu reytinqdə Asiyalı olan yeganə model və ölkəmizdə də çox popular olan modelin 20.4% – i ustaların “qayğısını” tələb etdi, baxmayaraq ki, ortalama yürüşü yuxarıdakıların hamısından az idi – 128.000 kilometr.
Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.