Yeni Toyota Tundra-nın görüntüsü yayımlanıb.Toyota qeyd edib ki, “bəzi insanlar sirr saxlamağı bilmirlər”.
Üçüncü nəsil Tundranın fərqləndirici xüsusiyyətləri böyük gündüz işıqları, amansız görünüşlü bamperlər və tam LED faralardır.
Yeni Tundra geniş bir gövdəyə sahib olduğu üçün ABŞ-da 80 düym (2032 millimetr) genişlikdəki avtomobillər üçün tələb olunan narıncı yan işıqlara sahibdir.
Toyota Tundra-nın GA-F çərçivə platformasını Land Cruiser 300 ilə bölüşəcəyi və iForce iMax V6 benzin mühərrikini SUV-dan alacağı gözlənilir. “Atmosferik” V8 5.7 və 6 pilləli “avtomat” dan imtina etmək artıq qərarlaşdırılıb, sürət qutusu 10 pilləli sürət qutusu ilə əvəz olunacağı gözlənilir.Mövcud Tundra, təxminən 15 ildir istehsal olunur, Toyota seriyasında ən uzun müddət xidmət edən avtomobillərdən biridir.
Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.