Jeep “Gorilla Glass” istifadə edəcək.

Jeep Wrangler və Gladiator modellərindəki şüşə nisbətən şaquli olduğundan daşlar tez-tez dəyir və çat yaxud iz yaradır şüşədə. “Mopar İnsiders”ə görə, hər iki model də tez-tez yolsuzluq şəraitində istifadə olunduğu üçün bu, çox çətin bir problem yaradır, buna görə Jeep, “Corning”dən Wrangler və Gladiator üçün Gorilla Glass şüşəsindən istifadə edəcəkdir.

Şüşənin əlverişli qiymətə olacağını nəzərə alaraq, Jeep çatlamağa davamlı şüşələrin Wrangler və Gladiator müştərilərinin ən azı 80 faizinin alacağını gözləyir.Corning-in istehsal etdiyi şüşə daha əvvəllər Ford F-150 modeli üçün 900 dollar dəyərində bir seçim olaraq təklif edilmişdi. Hətta iki illik zəmanətdə verirdilər.

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

Bir cavab yazın