Aston Martin DBX | Mercedes mühərrikli 800 at güclü avtomobil.

Almaniyanın Mansory Design & Holding GmbH tüninq studiyası Britaniya krossoveri “Aston Martin DBX” üçün onun dinamik xüsusiyyətlərini əhəmiyyətli dərəcədə təkmilləşdirən tüninq paketini təqdim edib.

Aston Martin DBX iki il əvvəl debüt edib, lakin 2020-ci ilin yayında istehsala çıxdı. Krossover böhran vəziyyətində olan Britaniya şirkəti üçün əsl xilas oldu: onun sayəsində bu ilin ilk üç rübündə Aston Martin satışları 173% (2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə) artaraq 4250 avtomobilə çatıb, onlardan 2186-sı, yəni , yarıdan çoxu DBX-dir. Model xəttində krossoverin meydana çıxması ilə şirkət gəlirini üç dəfə artırdı.

Bir sözlə, bazar Aston Martin DBX-ni yaxşı qəbul etdi, baxmayaraq ki, bəzi ekspertlərin və mühəndislərin başlanğıcda gözləntiləri o qədər də parlaq deyildi.

Əyləclərin soyudulmasını yaxşılaşdıran 24 düymlük DX.5 təkərləri də bu model üçün xüsusi hazırlanmışdır. Təkər ölçüləri – öndə 295/30 R 24 və arxada 355/25 R 24.

Aston Martin, DBX modelində Mercedes-in 4,0 litrlik “səkkiz silindirli biturbo” M177 benzin mühərrikini istifadə edib.Avtomobilin mühərriki 550 at gücü və 700 Nm fırlanma anı verir.Avtomobilin sürətlər qutusu 9 pilləli hidromexaniki avtomat ilə təchiz edilib.Krossoverin zavod göstəriciləri 100 km/saata 4,5 saniyə və maksimal 291 km/saatdır.

Mansory M177-ni yeni, daha səmərəli turbolar, yeni idarəetmə proqramı, idman hava filtri və arxa bamperin mərkəzindən çıxan səsboğucu boruları ilə təchiz etmişdir Nəticədə mühərrik gücü 800 at gücünə yüksəldi və fırlanma anı 1000 Nm oldu.İndi krossover ilk “yüzlüyü” 2,8 saniyəyə yığır, maksimal sürət 325 km/saata yüksəlib.

Müqayisə üçün deyək ki, Aston Martin DBX’in sinfində ən yaxşı rəqibi 640 at güclü Porsche Cayenne Turbo GT’dir.Bu avtomobil 100 km/saata 3,3 saniyəyə sürətlənir və onun maksimal sürəti “cəmi” 300 km/saatdır.

Porsche Cayenne Turbo GT 640Hp

Mansory Aston Martin DBX-in qiymətini hələ açıqlamayıb, lakin bu, onun hədəf auditoriyası üçün maraqlı deyil – əgər onlar modifikasiyaları bəyənsələr, istənilən pul müqabilində onu alacaqlar.

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

Bir cavab yazın