Keçən il Audi idarə heyətinin üzvü Hildegard Wortmann demişdi ki, alman markasının on il ərzində bağlanmaq ehtimalı 50 faizdir. İndi şirkətin satış departamentinə cavabdeh olan top-menecer onun sözlərini təsdiqləyib və həmçinin əlavə edib ki, gələcək illər avtomobil istehsalçısı üçün həlledici olacaq. Ən pis ssenaridən qaçmaq üçün Audi bu gün brendi dəyişdirməyə başlamalıdır.
Son illərdə bütün qlobal avtomobil sənayesi çətin dövrlərdən keçir.Buna koronavirus pandemiyası, mikroelektronika çatışmazlığı, enerji qiymətlərinin artması və Ukraynadakı silahlı münaqişə ilə bağlı böhran səbəb olub.Wortmann bildirib ki, bütün bu amillər Audi-yə təsir edib.Qərbi Avropanın rezidentlərindən brend avtomobillərə verilən sifarişlərin sayı 15 faiz azalıb.Top menecerin fikrincə, brend mümkün qədər tez transformasiyaya başlamalıdır.
Audi-ni ayaqda saxlaya biləcək həllərdən biri 2033-cü ilə qədər daxili yanma mühərrikli avtomobillərin tamamilə ləğvi ola bilər.Bundan əlavə, yaxın illərdə şirkət bir sıra yeni elektromobillər buraxmağı planlaşdırır.Şirkət beş ildən sonra elektrik Audi A3, A4, A5, həmçinin A6, A7, A8 və bir neçə yeni krossoverlərin satışına başlamağı planlaşdırır.
Audi əfsanəvi TT modelinin istehsalını tezliklə başa çatdırmağı planlaşdırır. Oktyabrın əvvəlində məlum oldu ki, alman brendi ikonik idman avtomobilinin 25 illiyini “Iconic Edition” adlı yüz avtomobildən ibarət xüsusi seriya ilə qeyd edəcək.
Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.