Təkərlərdəki qırmızı və sarı nöqtələrin anlamı nədir? | Ustalar üçün nə işarə edilir?

Təkər alarkən heç fikir vermisinizmi bu nöqtələrə?

Nöqtələrin öz məqsədi və mənası var.

Yeni təkərlər alarkən, bir çox sürücü sarı və ya qırmızı qəribə nöqtələrə diqqət yetirir.Ancaq onlar heç bir halda sürücü üçün nəzərdə tutulmayıb – bunlar balans işarələridir.

İstehsalçı belə nöqtələri qoymaqla təkərdəki balans olunmalı hissələri göstərir.Çünki istehsal prosesi zamanı mükəmməl balanslaşdırılmış yuvarlaq təkər istehsal etmək mümkün deyil.

Təkər ustaları bu işarələrə əsaslanaraq,balanslaşdırarkən çəkinin hara bağlanmalı olduğunu dəqiq biləcəklər.Burada sarı nöqtə ən yüngül,qırmızı isə nisbətən çox əyrilik olan yeri bildirir.

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

Bir cavab yazın