BMW-nin Cənubi Karolina ştatının Spartanburq şəhərindəki zavodu artıq səkkizinci ildir ki, Amerikanın aparıcı avtomobil ixracatçısıdır.2021-ci ildə buradan başqa ölkələrə ümumilikdə 10,1 milyard dollar dəyərində 257 876 avtomobil göndərilib. Platforma X3/X4 krossoverlərini, onların “M” versiyalarını, X5, X6 və X7 modellərini və bu gündən etibarən BMW XM yolsuzluq avtomobillərini istehsal edir.
İlk BMW M hibridi gələn ilin yazında satışa çıxacaq.Satış üçün əsas bazarlar ABŞ,Çin və Yaxın Şərq nəzərdə tutulsada,lakin daha geniş coğrafiyada satışı olacağı gözləniləndir.
Krossoverin qiyməti ucuz olmayacaq ,160 min dollardan başlanacağı gözlənilir.
BMW XM-in “səkkizlik-biturbo” S68 və elektrik mühərriki birlikdə 652 at gücü və 800 Nm hasil edəcək.Yayda birazda “dəli” versiya XM Label Red, 748 at gücü və 1000 Nm-lik modelidə istehsal olunacaq.Hələlik bu model haqqında çox şey məlum deyil,lakin məlum olan odur ki BMW “M” platformasının dəsti-xəttini qorumaq niyətindədir.
Autoblog.Az – Rəqəmsal avtomobil dərginiz!