6.2 litr mühərrik və mexaniki sürət qutusu | Dodge Challenger Hellcat

Çoxdan məlumdur ki, 2023-cü il Challenger-in istehsalının son ilidir və Hellcat mühərriki ilə birlikdə “mexanika”nın geri qayıtması satışlara təkan verə bilər.  Mühərrik partlamaları səbəbindən hələ nümayiş olunmayan Dodge avtomobilinin ən güclü xüsusi versiyasıda tezliklə təqdim olunacağı gözlənilir.

Əvvəllər V8 6.2 mühərrikli (717 at gücü, 881 Nm) Challenger SRT Hellcat modeli 8 pilləli avtomatla müqayisədə mexaniki sürət qutusu ilə təqribən 3000 dollar ucuz başa gəlirdi və Tremec sürət qutusu olan kupe alıcıları bu il də qənaət edə bilə.

 2018-ci ilin sonunda müştərilərin üçdə birindən çoxu “mexanikalı” Challenger Hellcat-ı seçməyə üstünlük verdilər, baxmayaraq ki, avtomatik transmissiya ilə versiya daha dinamikdir.

Dodge konfiquratorunda başqa bir dəyişiklik Challenger üçün tarixi çalarların təqdim edilməsidir.Kupe xüsusi çalarları olan boz (Destroyer Grey), mavi (B5 Blue) və bənövşəyi (Plum Crazy) rənglərinə rənglənə bilər.2023-cü ilin qiymətləri daha sonra açıqlanacaq, lakin hələlik Challenger SRT Hellcat 71.000 dollardan başlayır.

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

Bir cavab yazın