Hyundai-ın ən böyük krossoveri casuslara yaxalandı | Ioniq 9
Hyundai-ın ən böyük krossoveri olan Ioniq 9 rəsmi təqdimatdan əvvəl casus kameralara tuş gəlib. Kaliforniyada çəkilmiş görüntülərdə Hyundai-ın gələcək elektrikli flaqman modeli minimal kamuflyajla görünür. Avtomobilin kuzov xətləri aydın şəkildə seçilir, faraların maskalanması isə Hyundai-ın Staria minivenində olduğu kimi “piksel” optikasına üstünlük verdiyini göstərir. Modelin təqdimatı 19 noyabrda Los-Anceles sərgisində gözlənilir, istehsalına isə Corciya ştatında…
