Cazibədar Alfa Romeo Giulia | Yenilənmiş

Alfa Romeo, Giulia adlı sedanını yeniləyib. Kiçik dəyişikliklər olunan 2023 model Giulia təqdim olunub.

2023 model Alfa Romeo Giulia,yeni adaptiv matrix LED ön optikaya sahib olub.Ancaq arxa tərəfində hər-hansı dəyişiklikdən danışmaq mümkün deyil.Şirkət 2020-ci ildən bəri istifadə etdiyi dizaynı tam dəyişmək fikrində deyil göründüyü kimi.

Yenilənən Alfa Romeo Giulia’nın interyerinə baxdıqda müəyyən dəyişikliklər görməyə başlayırıq.Artıq sedanda tam digital 12,3 inc ölçülü bir göstəriş paneli istifadə olunur.Bu göstəriş paneli “Evolved”,”Relax” və “Heritage”olaraq adlandırılan fərqli görüntülərə sahibdir.

Alfa Romeo’nun kapotu altında 2.0 litrlik dörd silindirli turbo mühərrik durur.280 at güclü bu benzin mühərrik, 8 pilləli avtomatik sürət qutusu ilə təchiz olunub.

Ölkəmizdə bu modelə çox maraq olmasada,həvəskarları var.

Alfa Romeo Giulia’nın xüsusi buraxılışı olan “Quadrifoglio” modelidə var ki, bu model 2.9 litrlik V6 mühərrik və 510 at gücünə malikdir.Ölkəmizdə “Quadrifoglio” modeli bir ədəddir.

Alfa Romeo Giulia Quadrifoglio

Azərbaycanda rəsmi nümayəndəlikdə 2.0 motor Alfa Romeo Giulia’nın 2022-ci il model qiyməti təxminən 86 min manatdır.

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

Bir cavab yazın