“Hotcars” portalının məlumatına görə, tədqiqatçılar belə qənaətə gəliblər ki, Toyota Venza krossoveri yapon istehsalçısının seriyasında ən etibarlı avtomobil reputasiyasına layiqdir.Real istehlakçı şərhləri eləcə də, J.D. Power və Consumer Reports-a dayanaraq bu nəticəyə gəlinib.
Mütəxəssislər 2012-2015-ci illərdə istehsal olunan Venza modellərinin Toyota avtomobilləri arasında ən davamlı və etibarlı olduğunu qəbul etdilər. Venza-nın ardınca RAV4 krossoveri, üçüncü yeri isə 2007-ci il model Highlander avtomobili tutub. Reytinqdə dördüncü yerdə 2008-ci ilin 4Runner yolsuzluq avtomobili qərarlaşıb.
Siyahıda sonrakı yerləri 2016 Toyota RAV4, 2021 Land Cruiser və 2022 Corolla Cross tutur. İlk onluğu 2000 Land Cruiser, 2018 RAV4 və 2017 4Runner tamamlayır. Onların ardınca 2018 Highlander və 2020 Sequoia gəlir.
Toyota Venza, Şimali Amerika bazarı üçün nəzərdə tutulmuş və 2008-ci ildə buraxılmış beş nəfərlik orta ölçülü krossover yolsuzluq avtomobilidir. Dörd il sonra yenidən dizayn edildi və 2020-ci ildə bu modelin ikinci nəsli təqdim edildi.
Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi!
#toyota