Lazım olan sənədlər:
Nəqliyyat vasitəsinə mülkiyyət hüququnu təsdiq edən dövlət qeydiyyat şəhadətnaməsi;
Etibar edən şəxsin şəxsiyyət vəsiqəsi və ya sürücülük vəsiqəsi;
Etibar edilənin sürücülük vəsiqəsi və şəxsiyyətini təsdiq edən sənəd;
Tərəflər arasında qohumluq münasibətlərini təsdiq edən sənədlər (vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının vеrdiyi sənədlər) və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi.
Kim iştirak etməlidir:
Əmlakın mülkiyyətçisi və yа nоtаriаt qаydаsındа təsdiq еdilmiş еtibаrnаmə əsаsındа оnun nümаyəndəsi.
Dövlət rüsumu nə qədərdir:
etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya verilərsə- dövlət rüsumu 10 manat, xidmətə görə tutulan haqq- 1,50 manat
etibarnamə digər vətəndaşlara və ya hüquqi şəxslərə verilərsə dövlət rüsumu 15 manat, xidmətə görə tutulan haqq- 2,25 manat.
Əlavə qeyd:
Etibarnamənin müddəti sürücülük vəsiqəsinin qüvvədə olma müddətindən artıq ola bilməz.
Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamə üzrə səlahiyyətlər bütünlüklə digər şəxsə ötürüldükdə həmin etibarnamənin əsli, səlahiyyətlərin bir hissəsi ötürüldükdə isə notariat qaydasında təsdiq olunmuş surəti notariat işinə əlavə edilir.
Əgər nəqliyyat vasitələrinə MDB dövlətlərində və ya digər xarici dövlətlərdə hüquq müəyyənedici sənəd (texniki pasport, qeydiyyat şəhadətnaməsi və ya vəsiqəsi) verilmişsə, həmin nəqliyyat vasitələrinə yalnız nəqliyyat vasitəsindən istifadə edilməsi üçün etibarnamə verilə bilər, bir şərtlə ki, nəqliyyat vasitəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsində müvəqqəti qeydiyyata götürülsün.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin sığortası icbaridir.
Məlumat üçün bildiririk ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası “ASAN xidmət” mərkəzlərində həyata keçirilə bilər.
Əsasında notariat hərəkəti aparılmış sənədlərin əsli əqdin, vərəsəlik hüququ haqqında şəhadətnamənin və sairin notariusda saxlanılan nüsxəsinə əlavə olunur. Sənədlərin əsli (məsələn, doğum, nikah, ölüm haqqında şəhadətnamələr) onları təqdim etmiş şəxslərə qaytarılır, onların notariat qaydasında təsdiq edilmiş surəti isə notariusda saxlanılır.
Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.