Təhlükəsizlik kəmərini kimlər taxmaya bilər? | Taxmayanları hansı cərimə gözləyir?

İlk öncə onu qeyd edək ki, təhlükəsizlik kəmərindən istifadə etmək ilk öncə sizin özünüzə lazımdır.

Maddə 37. Mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri.

Müvafiq maddənin 6-cı bəndi deyir:

Konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli (12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə bunlardan başqa, operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir).

Təhlükəsizlik kəmərindən istifadə etməməklə siz İXM-nin 329.1-ci maddəsinə əsasən 40 azn cərimə edilə bilərsiniz.

Sərinişinlər isə 30 azn dəyərində cərimə edilir.

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

Bir cavab yazın