İlk Ferrari krossoveri Lamborghini Urus-dan təxminən iki dəfə baha olacaq. 2023-cü ilin yazında avtomobilin satışına başlanacaq.Sentyabr ayında Ferrari 725 at güclü Purosangue modeli ilə krossover seqmentinə daxil oldu.
İstehsalçıya yaxın mənbələrə istinadən “Autocar” yazır ki, Böyük Britaniyada onlar 313 min funt sterlinq – 626 min manat başlanğıc qiyməti gözləyirlər.Beləliklə, Ferrari Lamborghini və Porsche krossoverlərindən qat-qat baha olacaq.
Müqayisə üçün qeyd edək ki, Böyük Britaniyada Lamborghini Urus-un qiyməti 177,4 min funt-sterlinqdən başlayır ki, bu da bugünkü məzənnə ilə 355 min manat edir. Ölkəmizdə ikinci əl Urus-un satış qiymətinin təxmini 320 min dollar – 544 min manat olduğunu nəzərə alsaq ,yeni Ferrari modeli ölkəmizə gələrsə satış qiymətinin fantastik olacağı ağıla gəlir. Yəni, Purosangue üçün, insayderlərə görə, demək olar ki, iki dəfə çox pul ödəməli olacaqsınız. Porsche Cayenne üçün britaniyalı dilerlər 63,7 min funt-sterlinq və ya 128 min manat – Ferrari-nin qiymətindən demək olar ki, beş dəfə az pul istəyirlər.
Məlumat təsdiqlənərsə, Purosangue-nin dəyərinə görə real rəqibi Rolls-Royce Cullinan olacaq ki, onun da qiyməti 291,8 min funt-329 min funt-sterlinq (584 min-658 min manat) aralığında dəyişir.
Ferrari bu ilin sentyabrında Purosangue-ni təqdim etdi.Dünyanın ən sürətli yolsuzluq avtomobili beş metrlik kuzova, yeni yüngül çəkiyə malik şassiyə, hərəkət istiqamətinə qarşı açılan qapılara və 812 Superfast-dan 6,5 litrlik atmosferik V12 mühərriyə sahib olub. 725 at gücünə malik mühərrik dördyerlik krossoveri yerindən saatda 100 kilometrə 3,3 saniyəyə sürətləndirir.
Purosangue-nin satışı gələn yazda başlayacaq, lakin bəzi bazarlarda yalnız payızda görünəcək.Üstəlik, model nəinki yüksək qiymət, həm də məhdud buraxılışlı alacaq: plana əsasən, o, bütün satışların 25 faizindən çoxunu təşkil etməyəcək.
Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.