GAC Aion Y | 20 min dollarlıq elektroavtomobil

Çinin GAC şirkəti GAC Aion Y adlanan yeni bir elektrik krossoverini təqdim etdi.Yeni GAC Aion Y, ölçüləri 4410 x 1870 x 1645 mm, təkər bazası isə 2750 mm-dir. İstehsalçı krossoverini ölçülərinə görə Volvo XC40 ilə müqayisə edir. Avtomobil gövdə və təkərlərə narıncı rəngli əlavələr, qeyri-adi ön optika, gizli qapı tutacaqları və orijinal təkərlər aldı.

GAC Aion Y

İnteryerdə rəqəmsal alətlər dəsti və 14,5 düymlük multimedia sistemi istifadə olunur. GAC Aion Y elektrikli avtomobili beşinci nəsil mobil şəbəkələri dəstəkləyir və eyni zamanda istifadəçiləri üzləri ilə tanıyaraq əvvəllər qeyd olunan parametrləri nəzərə alaraq interfeysi tənzimləyir. Avtomobildə ön toqquşma xəbərdarlığı, aktiv əyləc köməkçisi, zolaq tanıma, sürücünün monitorinqi, adaptiv kruiz kontrol, yol nişanının tanınması da daxil olmaqla müxtəlif sürücü yardım sistemləri təklif olunur. Seçimlər arasında hər tərəfli kameralar, panoramik bir dam, elektrikli ön oturacaqlar var.

GAC Aion Y interiyeri

Elektrik mühərrikinin gücü 136 a.g, tork 350 Nm-dir. Sadə versiyada 60 kVt / saat, digəri isə 80 kVt / saat batareyaya malikdir. Güc ehtiyatı müvafiq olaraq 410 və 600 km məsafəyə bəs edir.

Yenisi Çində 17-23 min dollar aralığında satılır.

Autoblog.Az

Bir cavab yazın