Bu yaxınlarda təqdim olunan Belgee X50 modelindən sonra tezliklə iki yeni məhsul Belgee modelləri arasına qatılacaq. Onların premyerasının vaxtı hələ açıqlanmayıb. Amma hansı modellərin onlar üçün prototip rolunu oynayacağını bilirik. Belə ki, birincisi daha sonra Belgee X70 adlandırılacaq Atlas Pro, ikincisi isə Geely Emgrand olacaq. Sonuncu Belgee S50 indeksi ilə tanınacaq.
Reklam: Tezliklə xidmətinizdə!
Verilmiş lisenziya Belarus zavoduna avtomobillərə bəzi dizayn dəyişiklikləri etməyə imkan verir, baxmayaraq ki, markanın ilk “donorunu” demək olar ki, tamamilə olduğu kimi köçürüb. Söhbət indiki Coolray-ın platformasında qurulan Belgee X50-dən gedir. Brend öz məhsullarını təkcə öz ölkəsində və Rusiyada deyil, ermənistan, Qazaxıstan və Qırğızıstan kimi ölkələrdə də satır.
“Belgee” əsasən Rusiya bazarı üçün Geely markasının müxtəlif modellərini istehsal edir. Belgee modelləri alıcılara rəsmi Geely avtosalonlarında təqdim edilir. Bir çox avtomobil brendləri Rusiyanı tərk etdikdən sonra, ruslar məcburi şəkildə üstünlüyü Çin avtomobillərinə verdilər. Bu da, öz növbəsində Çin markasına əlavə köməkçi zavodlar qurmağa zərurət yaratdı.
Autoblog.Az – Bizi oxumaq faydalıdır!
#geely #belgee