Bu yaxınlarda “Genesis” krossover kupe olan GV80 prototipini təqdim etdi.Brendin nümayəndələri sınaq nümunəsi əsasında seriyalı versiyanın yaradılacağını təsdiqləyiblər.
Yeni model BMW X6 və Mercedes GLE Coupe kimi avtomobillərlə rəqabət aparacaq.
Texniki təchizat haqqında hələlik məlumat yoxdur, lakin güman etmək olar ki, kupenin kapotunun altında 3,5 litrlik V6 (adi GV80 ilə eyni) olacaq.İnteryer, hazır görünsə də, istehsal nümunəsində biraz fərqli ola bilər.Gələcək modelin təxmini qiymətinin beşqapılı analoqundan (ABŞ-da 60.000 dollardan bir qədər çox qiymətə almaq olar) bir qədər yüksək olacağı ehtimal edilir.