Toyota əfsanəvi markasını geri qaytarır | “Land Cruiser” geri gəlir.

Şayiələr doğru çıxdı – Toyota həqiqətən də Land Cruiser markasını ABŞ-a qaytarır. Sosial mediada yayımlanan beş saniyəlik klip, markanın ABŞ bazarına çıxacağını təsdiq edir.

“Həqiqətən, uzun müddətli gedəcəyimizi düşünürdünüz? Əfsanə qayıdır”, – videoda deyilir.

Hələlik məlum olan budur ki, Land Cruiser ABŞ-a qayıdır, bu da, amerikalıların sevinməsinə kifayət edir.Birləşmiş Ştatlarda onun hansı formada olacağı ilə bağlı heç bir təfərrüat olmadığından, hələlik edə biləcəyimiz tək şey spekulyasiya etməkdir. Ötən həftə Automotive News tərəfindən yayımlanan hesabata görə, Toyota bir neçə ildir başqa bazarlarda mövcud olan LC300-ü təqdim etməyəcək.

Bunun əvəzinə Toyota USA iddiaya görə növbəti nəsil Land Cruiser Prado satmağı planlaşdırır. Hətta Şimali Amerikada “Prado” tam ölçülü Land Cruiser ilə eyni platforma və çərçivədə təqdim oluna bilər. Çox güman ki, bu yaxınlarda təqdim edilmiş Lexus GX ilə çoxlu ümumi cəhətlərə malik olacaq, lakin Toyota nişanı nəzərə alındıqda, ehtimal ki, daha ucuz olacaq.

Yeni Land Cruiser Prado-nun əvvəlki modeldən bir qədər uzun, enli və hündür olacağı güman edilir.

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

Bir cavab yazın