Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 Dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə işləyən (10-TH-116) sərnişin avtobusuna çırpılıb. İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus aşıb.
![](http://autoblog.az/wp-content/uploads/2021/10/qz1-1024x768.jpg)
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə baş verən yol nəqliyyat hadisəsində saat 09:00 olan məlumata əsasən 21 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya (7-nəfər KTM, 13 nəfər – 3 saylı KŞX-ya) çatdırılıb.
İlkin məlumata görə, hadisə yerində 5 nəfər həlak olub.