Hava limanı yolunda qəza | 5 ölü, 21 yaralı (Foto)

Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 Dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan,  171 nömrəli müntəzəm marşrut xətti üzrə işləyən (10-TH-116) sərnişin avtobusuna çırpılıb. İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus aşıb. 

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə baş verən yol nəqliyyat hadisəsində saat 09:00 olan məlumata əsasən 21 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya (7-nəfər KTM, 13 nəfər – 3 saylı KŞX-ya) çatdırılıb.

İlkin məlumata görə, hadisə yerində 5 nəfər həlak olub.

Bir cavab yazın