“Hot Cars” 2023-cü ildə dünyanın ən etibarlı krossoverləri və yolsuzluq avtomobillərinin siyahısını açıqlayıb | Jeep, Ford, Kia…

Jeep Wrangler dünyanın ən etibarlı yolsuzluq avtomobilidir. Bu barədə HotCars portalının analitikləri bazarda olan krossoverlər və yolsuzluq avtomobillərini təhlil edərək, rahatlıq, lüks, praktiklik, güc, idarəetmə və etibarlılıq kimi keyfiyyətləri nəzərə alaraq bildiriblər.

80-ci illərdən bəri istehsalda olan Jeep Wrangler həmişə olduqca problemsiz bir avtomobil olmuşdur. Lakin avtomobil istehsalçısı nəsildən-nəslə asqı, transmissiya və interyeri təkmilləşdirərək onu daha rahat və təhlükəsiz edir. Beləliklə, indiki Jeep Wrangler J.D Power-a görə 100 baldan 86 bal etibarlılığa görə reytinqi aldı.

Ən etibarlı krossoverlər və yolsuzluq avtomobillərinin TOP-unda ikinci yeri ideal ailə SUV-u adlandırılan Ford Explorer tutdu. Hazırkı modelin etibarlılığı 83 baldır.Üçüncü yeri ilk dəfə 90-cı illərin əvvəllərində təqdim edilmiş, lakin cəmi bir neçə il əvvəl ümumi tanınmağa başlayan Kia Sportage tutur.

HotCars-a görə ən etibarlı yolsuzluq avtomobillərinin siyahısı belədir:

  • Jeep Wrangler;
  • Ford Explorer;
  • Kia Sportage;
  • Buick Envision;
  • Chevrolet Suburban;
  • Mercedes-Benz G-Class;
  • Lexus LX;
  • Volvo XC90;
  • Toyota 4Runner;
  • Mitsubishi Pajero;
  • Toyota Sequoia;
  • Nissan Patrol;
  • Toyota RAV4;
  • Mazda CX-9;
  • Toyota Land Cruiser.

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

Bir cavab yazın