Yeni Jeep Avenger | Ən ucuz Jeep!

Yeni Jeep Avenger 2023 Amerika brendinin ən sərfəli krossoveri və şirkətin prinsipcə ən ucuz modelidir. Yeni modelin cəlbedici qiyməti onun populyarlıq qazanmasına səbəb oldu və avtomobil on minlərlə sifariş topladı.

“Automotive News Europe” məlumatına görə Avenger kompakt krossoveri 40 000-dən çox sifariş toplayıb.

Təbii ki, alıcılar yeni modelə böyük maraq göstərirlər. Avenger-in istehsalı 2023-cü ilin əvvəlində Fiat 600 ilə birlikdə Polşa zavodunda başlanıldı.

Əslində, Peugeot, Citroen, Opel, Fiat, Alfa Romeo, Chrysler və Dodge ilə birlikdə Jeep-in daxil olduğu Stellantis konserni daxilində birləşmə Avenger-i münasib qiymətə təklif etməyə imkan verdi.

1,2 litrlik benzin mühərrikli hibrid modelin başlanğıc qiyməti 23 900 avro təşkil edir. 156 at gücünə malik tam elektrik versiya 400 km məsafə ilə 39.500 avroya başa gəlir.

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi!

Bir cavab yazın