Kürdəmirdə 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev bildirib ki, bu gün saat 13:05 radələrində Bakı-Qazax-Gürcüstan yolunun 174-cü kilometrliyində, Kürdəmirin Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olan “Kamaz” markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı “Mercedes” markalı avtomobildə olan 3 nəfər sərnişin dünyasını dəyişib, 3 nəfər isə xəsarət alıb.
Yenilənib:
Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karrar kəndi ərazisindən keçən hissəsində baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları hadisə yerinə cəlb edilib.
Hadisə nəticəsində xəsarət alan 3-ü uşaq olmaqla 8 nəfər saat 13:45 radələrində TƏBİB-in tabeliyindəki Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib, müalicələri davam etdirilir.
Xəsarət alan 1 nəfərin (qadın) vəziyyəti ağır, uşaqların (2 qız, 1 oğlan olmaqla) və 5 nəfərin (kişi olmaqla) vəziyyəti isə stabildir.
İstinad: Qafqazinfo.Az