Mercedes-Benz, iki geniş qapılı EQT elektrikli miniven konseptini təqdim etdi.Bu modelin 2022-ci ildə çıxarılması düşünülür.Avtomobilin sərnişin versiyasına T-Class, yük versiyasına isə Citan adı veriləcək.Minivan Renault Kangoo şassisi üzərində qurulub, ölçüləri uzunluğu 4945 mm, eni 1863 mm və hündürlüyü 1826 mm-dir.Texniki xüsusiyyətlər bildirilməyib, lakin çox güman ki, 102 at gücündə bir elektrik mühərriklə olacaq.
Faralar, “qapalı” radiator barmaqlığı və arxa fənərlər ilə digər elektrikli avtomobillərə bənzər bir dizaynı var.Ön logo enerji yığma konnektorunu gizlədir.Bir adam maşına yaxınlaşdıqda qapı tutacaqları çıxır.EQT-yə yeddi nəfər yerləşə bilər.İkinci sıra oturacaqlarda üç uşaq oturacağı yerləşdirilə bilər, üçüncü sıra isə baqaj yerini genişləndirmək üçün aşağı qatlanır.
Seriya istehsalında beş oturacaqlı versiyalar da mövcud olacaq. Salonda Mercedes EQS-ə bənzər hissələr var.
Avtomobil dünyası elektrikə keçid edir,maraqlıdır Azərbaycanda elektrik modellərə təlabat olacaqmı?
Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.