Nərimanovda avtomobil salonundan Mercedes oğurlandı

#Xəbərlər

Hadisə Nərimanov rayonu ərazisində yerləşən avtomobil salonlarının birində olub.

Belə ki, rayon ərazisində yerləşən avtomobil salonlarının birindən dövlət qeydiyyat nişanı olmayan “Mercedes” markalı avtomobil qaçırılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri İ.Hüseynov və İ.Sadıqov avtomobillə birlikdə saxlanılıblar.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Mənbə: Qafqazinfo

Autoblog.Az – Rəqəmsal avtomobil dərginiz.

Bir cavab yazın