Hadisə Nərimanov rayonu ərazisində yerləşən avtomobil salonlarının birində olub.
Belə ki, rayon ərazisində yerləşən avtomobil salonlarının birindən dövlət qeydiyyat nişanı olmayan “Mercedes” markalı avtomobil qaçırılıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri İ.Hüseynov və İ.Sadıqov avtomobillə birlikdə saxlanılıblar.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.
Mənbə: Qafqazinfo
Autoblog.Az – Rəqəmsal avtomobil dərginiz.