Özbəkistan, Qazaxıstan və Azərbaycan avtomobil sənayesini birləşdirmək qərarına gəliblər.“Türk Avtomobil Sənayesi” adlı yeni alyansa “UzAuto Motors” rəhbərlik edirdi, onun mütəxəssisləri Qazaxıstanda Chevrolet Onix istehsalı üçün müqavilə imzalayıb. Daha sonra Azərbaycan ərazisində özbək avtomobillərinin yığılması təşkil olunacaq. Özbəkistan nümayəndələrinin sözlərinə görə, yeni assosiasiya Avrasiya qitəsində avtomobil sənayesinin inkişafına kömək edəcək, həmçinin ümumi əhalisi 65 milyon nəfərdən çox olan bazarı birləşdirəcək.
Özbəkistanın “UzAuto Motors” şirkəti Qazaxıstanın “Allur” şirkəti və Qazaxıstan İnkişaf Bankı ilə birlikdə ümumi dəyəri təxminən 570 milyon dollar olan bir neçə layihənin həyata keçirilməsinə dair saziş imzalayıb. Əməkdaşlıq çərçivəsində Qazaxıstandakı “Allur” zavodunda Chevrolet Onix-in kiçik miqyaslı yığılması nəzərdə tutulur.Müəssisənin hər il 30 minə qədər avtomobil istehsal edəcəyi gözlənilir.İlk avtomobillər gələn ilin yazında konveyerdən çıxa bilər.
UzAuto Motors qazaxıstanlı tərəfdaşları ilə də müqavilə imzalayıb ki, bu müqaviləyə əsasən, Özbəkistanda Qazaxıstanın avtomobil bazarı üçün ehtiyat hissələri və komponentlərin paylanması mərkəzi yaradılacaq.Bundan əlavə, alyans Azərbaycanın “AzərMaş” zavodunda Özbəkistan avtomobillərinin yığılmasını təşkil etməyi planlaşdırır.
© www.autoblog.az
Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.