Volkswagen qrupun yeni elektrik avtomobili | Sızdırılmış fotolar.

SEAT-ın “sport” versiyası və Volkswagen Qrupunun bir hissəsi olan Cupra şirkəti Tavascan adlı yeni elektrik kupe krossoverini təqdim etməyə hazırlaşır.

İstehsalçı yeniliyi sirr saxlaya bilməyib.  Yeniliyin patent fotosu şəbəkəyə sızıb.  Elektromobil 2019-cu ildə nümayiş etdirilən konseptlə demək olar ki, eynidir.O, eyni çevik siluetə, əyilmiş faralara, böyük təkərlərə, aqressiv bamperlərə malikdir.

Cupra Tavascan

Məlumdur ki, Tavascan VW konserninin MEB modul platformasında qurulub və uzunluğu 4660 mm-ə çatacaq.Bazara iki versiyada çıxacaq.Tək mühərrikli versiya 204 at gücü hasil edəcək tam ötürücülü versiya isə – 295 at gücü.500 km-ə qədər enerji ehtiyatı 82 kVt/saatlıq akkumulyatorla təmin ediləcək.

Tavascan ispan brendinin ilk elektromobili olacaq.  Onun ardınca Terramar hibrid krossoveri gələcək.Bu, Volkswagen Tiguanın Cupra versiyasıdır.O, sırf elektrik rejimində 100 km-ə qədər sürülə biləcək.

© www.autoblog.az

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

Bir cavab yazın