ABS’in nasazlığı nə ola bilər?

Bir çox sürücülər ön paneldə ABS xəbərdarlıq işığını gördükdə narahatlıq keçirirlər və bu da səbəbsiz deyil. Bu, ciddi bir əyləc nasazlığını göstərə bilər və ya bəlkə də səbəb kiçik bir problemdir? Xatırladaq ki, ABS-in əsas vəzifəsi əyləc edərkən nəqliyyat vasitəsinin idarə olunmasını qorumaqdır.Əyləc zamanı təkəri tam kilidlənməyə qoymur çünki kilidli təkərlər nəzarətsiz bir trayektoriya ilə…

Jeep Wrangler – Autoblog.Az’da

Keçilməz yolları dəf etmək üçün hazırlanan Jeep Wrangler əsasən hərbi üçün hazırlanmışdır və ABŞ hərbi qüvvələrində istifadə olunmuşdur.1987-ci ildən istehsal olunur və günümüzə qədər bir neçə dəfə yenilənmişdir Wrangler.

Rolls Royce Ghost – Lüks İngilis avtomobili

Rolls Royce Ghost ilk dəfə 2009-cu ildə Frankfurt avtosalonunda təqdim olunmuşdu.İlk modeli BMW 7-ci seriya F01 modelinin bazasında yığılmış və 12 silindirli N74 6.6 litrlik 570 at güclü mühərrikidə BMW’dən almışdır. Ghost Phantom modelinin daha əl çatan modeli adlandırılırdı. Şəkillərdə gördüyünüz Ghost 2020-ci ildə təqdim olunmuş yenilənmiş Ghost’dur.Tamamilə yenilənən Britaniya avtomobili öz əvvəlki dəsti-xəttinidə qoruyub…

“50” ən pis avtomobildən biri adlandırılan lakin ən çox satılan.

BMW’nin 7-ci seriyası olan E65 modeli 2001 ci ildən istehsal olunmağa başladı, öz ilinin ən lüks avtomobillərindən sayılan E65, Mercedes S-klass, Audi A8 kimi avtomobillərlə rəqabət aparacaq sinifdə idi. 7 illik istehsal dövründə təxmini 330 000 avtomobil istehsal olunmuşdur. Avtomobil ilk çıxdığı vaxtlarda “Time” Jurnalı bu modeli 50 ən pis avtomobildən biri adlandırmışdır, lakin dövrünə…

Əl çatan krossover Bayon…

Hyundai yeni kiçik və ən əl çatan qiymətə olan krossoverini Avropada ilk olaraq Almaniyada satışa buraxıb.Yeni Hyundai Bayon Almaniyada 16 790 avro (34 000 manat) qiymətə satılır. Avtomobil Pure, Select, Trend və Prime komplektasiyalarında istehsal olunur. Almaniyada ən bahalı Bayon 24 290 avro (42 200 manat) qiymətə satılacaq. Avtomobil 1.2 litrlik 84 at güclü və…

Bu yollarda hərəkət məhdudlaşdırılacaq.

Təmir və təmizlik işləri ilə əlaqədar olaraq Heydər Əliyev prospektində Bağırov körpüsünün yan yollarında, həmçinin Babək prospektinin Günəşli qəsəbəsi istiqamətində düşən hissəsində hərəkət qismən məhdudlaşdırılır. Sürücülərdən sözügedən ərazilərdə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. İstinad: Qafqazinfo Autoblog.Az

UAZ İranda yığılacaq

UAZ’ın İrandakı distributoru Soroush Diesel artıq İranda UAZ’ın satışlarının başladığını elan edib.2020 Sentyabrdan artıq sifarişlər alan Soroush Diesel avtomobilləri Ulyanovsk avtomobil zavodundan hazır alaraq İranda komplektləşdirib satacaq. Avtomobil eyni ilə Rusiyadakı kimi 2.7 litrlik ZMZ Pro 149 at güclü benzin mühərrik ilə təklif ediləcək, sürətlər qutusu isə 5 pilləli mexaniki olacaq. Autoblog.Az

“KIA” “K8” modelini təqdim etdi.

Cənubi Koreyanın avtomobil istehsalçısı KIA keçən aylarda Cadenza(K7) modelinin istehsalını sonlandırdığını açıqlayaraq yeni K8 modelini tanıtmışdır. KIA K8 adlı yeni model 5.015 mm uzunluqlu bir lüks avtomobil olacaq.K8 300 at gücü 3.5 litrlik V6 benzin mühərrik ilə istehsal olunacaq.Mühərrik Cadenza’nın 3.3 lt V6 mühərrikinə nəzərən daha güclüdür.Ən önəmli dəyişikliklərdən biri də avtomobilə tam çəkimin(4×4) əlavə…

Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib.

Ağsu rayon sakini, 1993-cü il təvəllüdlü Cəfərov Səbuhi Mehman oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək, yolun kənarındakı su kanalına aşıb. Hadisə zamanı sürücünün anası 1965-ci il təvəllüdlü Cəfərova İrayə Cəfər qızı hadisə yerində ölüb. Digər sərnişinlər – Ağsu rayon sakinləri Cəfərova Mehriban Rəhman qızı, Qasımova Sona Rəhman qızı, Qasımov Pünhan…