Renault’un zavodunda girov saxlanılanlar var | Mikroçip problemi Renault’dan yan keçmədi

Renault, Fransanın Bretan bölgəsindəki Fonderie de Bretagne zavodundakı bir qrup işçinin hazırda yeddi top meneceri girov tutduğunu elan etdi.Le Figaro işçilərin müəssisənin satışına qarşı tətil etdiyini və 27 aprel tarixindən etibarən müəssisənin fəaliyyətinə mane olduqlarını açıqladı. Tətildə təxminən yüz nəfər iştirak etdi.
Renault Group bu cür hərəkətləri qınadı və işçiləri blokadadan çıxmağa çağırdı. “Hazırda müəssisəni dəstəkləmək və iş yerləri ilə təmin etmək üçün bir alıcı axtarılır” deyən avtomobil istehsalçısı etdiyi açıqlamada “Bu proses sakit bir şəraitdə keçməlidir.” deyib.

Tətilçilər, öz növbəsində, şirkət rəhbərliyindən açıq bir dialoq tələb edirlər – bu girovların sərbəst buraxılması üçün əsas şərtdir. Şirkət işçilərindən biri Le Figaro’dan sitat gətirərək, “27 Aprel səhər 10-dan bəri çalışmırıq, çünki heç bir şey olmur, heç kim heç bir addım atmır və gələcəyimiz qaranlığa qərq olur” dedi.

Fonderie de Bretagne zavodu, Renault Group avtomobilləri üçün asma qollar, kollektorlar, diferensiallar və digər komponentlər istehsal edir.

Bundan əvvəl Renault-un Avropa fabriklərinin iş həftəsinin iş günlərini bir-üç günə endirmək niyyətində olduğu məlum oldu. Bunun səbəbi, koronavirus pandemiyası səbəbiylə dünya miqyasında avtomobil istehsalçıları tərəfindən kütləvi şəkildə qarşılaşılan mikroçip çatışmazlığı idi.

Mikroçip çatışmazlığı bir çox avtomobil istehsalçısını çətin duruma salıb artıq.

Autoblog.Az

Bir cavab yazın