“Sauber” “Audi” ilə partnyorluğu təsdiq edib. | Formula 1

Avqustun sonunda 2026-cı il mövsümündə Formula 1-ə gəlişini təsdiqləyən “Audi”, əməkdaşlıq edəcək komandanın adını çəkmədi, baxmayaraq ki, bu, hazırda “Alfa Romeo” brendi altında fəaliyyət göstərən “Sauber” olduğu aydın idi.

 Komanda artıq “Audi” ilə strateji tərəfdaşlığın imzalandığını təsdiqləyən bəyanatla çıxış edib.Bundan əlavə, “Audi AG” “Sauber” Qrupunda pay almağı planlaşdırır.

 2024 və 2025 mövsümləri üçün komanda Ferrari mühərrikləri ilə işləməyə davam edəcək və komandaya rəqabət qabiliyyəti və sabitlikdə əhəmiyyətli artım əldə etməyə imkan verən addımlar atacaq.

Finn Rausing, Sauber Holding AG-nin Direktorlar Şurasının sədri: “Audi Sauber Qrupu üçün ən yaxşı strateji tərəfdaşdır.  Biz ümumi dəyərləri paylaşırıq,güclü və uğurlu tərəfdaşlıqla ümumi məqsədlərə nail olmağa çalışırıq”.

Frederik Vasseur, CEO və Komanda Rəhbəri: “Audi AG və Sauber Motorsport arasında əməkdaşlıq komandamız üçün liderliyə yüksəlmədə əsas addım olacaq.

Audi’nin rəsmi komandası statusu təkcə şərəf və böyük məsuliyyət deyil, həm də gələcəyimiz üçün ən yaxşı variantdır.Biz əminik ki, biz Audi-nin Formula 1-də qarşısına qoyduğu məqsədlərə çatmasına kömək edə bilərik”.

Oliver Hoffmann, Audi AG İdarə Heyətinin üzvü, Formula 1 Proqramının rəhbəri: “Biz iddialı Formula 1 layihəmiz üçün belə təcrübəli və bacarıqlı tərəfdaş tapdığımıza görə çox şadıq.

 Biz Sauber Qrupu, onların ən müasir avadanlıqları və təcrübəli komandası ilə tanışıq və əminik ki, birlikdə güclü komandaya çevriləcəyik”.

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

Bir cavab yazın