Volkswagen rebrendinq edir… Voltswagen

Volkswagen rəsmi olaraq adını dəyişdirdi.

Ölkəmizdə “şolksvagen”, “fosfagen”, “fosfager” kimi müxtəlif adlarla adlandırlıan, adı çəkiləndə başı çıxan çıxmayan “ə qaqa bının karopkası prablemdie” deyilən, Almaniyanın ən nəhəng avtomobil istehsalçılarından və Avropada çox sevilən “Volkswagen” markası rəsmi olaraq bəyan edib ki, Amerikada yalnız elektrik avtomobillər üçün “Voltswagen” adlandırılacaq.

“Volkswagen of America”nın prezidenti Scott Keogh: “K-ni T-yə dəyişdirə bilərik, lakin markanın dünya miqyasında sürücülər üçün ən yaxşı avtomobillər yaratma öhdəliyini dəyişdirmirik” dedi.

Volkswagen of America artıq rebrendinq edərək Voltswagen of America adlanacaq.

Autoblog.Az

Bir cavab yazın