Münasib qiymətə təqdim edilən Volvo EX30 krossoveri bazarda səs-küyə səbəb olub. İsveç markasının ən ucuz elektrik avtomobili şirkətin elektrik gələcəyinə dair strategiyasını gücləndirməyə kömək edib.
Volvo öz elektrik avtomobillərinə artan müştəri tələbatını görür. Şirkət bir neçə il ərzində satışlarında EV avtomobillərinin payını 50%-ə çatdırmağı və 2030-cu ilə qədər tamamilə elektrik avtomobillərə keçməyi planlaşdırır.
Məlum olub ki, yeni Volvo EX30 o qədər populyar olub ki, şirkət modelin istehsal gücünə daha bir zavod əlavə etmək qərarına gəlib. Modelin ilk müştərilərinə çatdırılması 2023-cü ilin sonunda başlanılıb.
İstehsala Çin zavodunda başlanılıb, lakin bu müəssisə Avropanın potensial tələbatını ödəyə bilməyəcək. Nəticədə Volvo, Volvo XC40 və C40 modellərinin artıq yığıldığı Belçika zavodunda ucuz elektrik krossoverinin istehsalını qurmağa qərar verib.
Volvo EX30-un başlanğıc qiyməti 36.000 dollardır. Standart versiyada 272 at gücü, üst versiyada isə 100 km/s sürəti 3,6 saniyəyə sürətlənmə ilə 428 at gücü təklif edilir.Seçilmiş batareya paketindən asılı olaraq, EX30 344 ilə 480 km arasında gediş məsafəsinə malikdir.
Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.