Xiaomi avtomobil istehsalına başlayır | İstehsal tarixi açıqlandı.

Çinli elektronika istehsalçısı Xiaomi, sıfırdan inşa etdiyi öz elektrik avtomobili ilə qloballaşan dünyanın ilk qeyri-avtomobil şirkəti olmağa hazırlaşır.Brendin baş direktoru Lei Jun qeyd edib ki, avtomobillərin kütləvi istehsalı 2024-cü ilin birinci yarısında başlamalıdır.

Bundan əlavə, top menecer brendin ilk elektromobilinin qış sınaqlarının uğurla başa çatdığını elan edib, lakin istehsalçı hələlik modelin texniki xüsusiyyətlərini açıqlamayıb.Ley Jun özü maşının hazırlanmasında iştirak edən 2300-dən çox insandan ibarət komandaya rəhbərlik edirdi. Korporasiya sərbəst resurslarının təxminən yarısını yeni istehsala yönəltdi.

İlkin olaraq texnologiya nəhəngi ildə təxminən 300 min avtomobil istehsal etməyi planlaşdırır, lakin uğurlu olarsa, istehsal həcmlərinin artırılması mümkündür, çünki təkcə Çin bazarı modelə ciddi tələbat təmin edə bilər.

Autoblog.Az – Bizi izləmək faydalıdır!

Bir cavab yazın