Əfsanəvi modelin yenilənmiş versiyası | Ağıllı Golf GTI

Yeni model yenilənmiş eksteryer dizaynına malik olacaq və içəridə multimedia sistemi üçün daha böyük monitor görünəcək. Bundan əlavə, Golf üçün süni intellektə əsaslanan ChatGPT “ağıllı” köməkçinində olacağı açıqlanıb.

Almanlar keçən ilin sonunda yenidən tərtib edilmiş Volkswagen Golf-un ilk tizerini buraxdılar və 2024-cü ilin yanvarın əvvəlində Las-Veqasda keçirilən CES istehlak elektronikası sərgisində “qaynar” GTI modelin kamuflyajlı prototipini nümayiş etdirdilər. İndi yenilənmiş modelin dizayn eskizləri dərc olunub.

Golf daha yığcam fənərlər alacaq, onlar işıqlı zolaqla birləşdiriləcək və markanın emblemi də işıqlandırılacaq. Arxa fənərlər öz formasını saxlayacaq, lakin diodların görünüşü dəyişdiriləcək. Golf GTI daha aqressiv kuzov dəsti, “pətək” barmaqlığı və gizli işıqlara malikdir.

Reklam: Fotoya toxun kluba üzv ol ⤵️

Brend CES sərgisində interyeri nümayiş etdirdi. İçəridə multimedia sistemi üçün ayrıca böyük ekran quraşdırılacaq, planşetin altında isə iqlim nəzarəti üçün toxunma zolaqları olacaq. Bundan əlavə, xüsusi IDA səs köməkçisi ilə VW Golf ağıllı ChatGPT chatbotuna sahib olacaq.

Planlaşdırıldığı kimi, süni intellekt köməkçinin funksional imkanlarını genişləndirəcək (bu gün o, əsasən iqlim nəzarəti, naviqasiya və multimediaya səslə nəzarət edir): məsələn, o, maraqlandıran məlumatları təqdim edə, suallara cavab verə və ya hətta söhbət edə biləcək. Eyni zamanda, Volkswagen əmin edir ki, ChatGPT avtomobil haqqında məlumat əldə etməyəcək və bütün suallar, cavablar dərhal silinəcək. Oxşar funksiya MQB Evo və MEB platformalarında brendin digər modellərində də tətbiq olunacaq.

Yenilənmiş Qolfun premyerası bir neçə gündən sonra baş tutacaq. Yeri gəlmişkən, bu il model 50 yaşını qeyd edir.

Autoblog.Az – Bizi oxumaq faydalıdır!

Bir cavab yazın