Avtomobil Kia K5-ə bənzər radiator barmaqlığı, eləcə də radiator barmaqlığının uzantısı kimi görünən və sedanı vizual olaraq daha geniş edən tamamilə yeni LED fənərlər alıb. İndi bamperdə üç hava girişi var ki, bu da modeli idmansayağı edir.
Yenil modelin uzunluğu, eni və hündürlüyü müvafiq olaraq 4666, 1780 və 1450 mm, təkər bazası isə 2700 mm-ə çatır. Yəni model çox geniş C+ sinif avtomobildir. Məsələn, Toyota Corolla-dan daha böyükdür.
İçəridə yeni alətlər paneli kimi 10,25 düymlük AVNT smart displey var. Arxa görüntü kamerası, avtomatik parkinq sistemi və avtomatik fara tənzimləyici, klimat-kontrol, hava təmizləmə sistemi, 10,25 düymlük multimedia sistemi ekranı, 6 dinamik… Və bütün bunlar artıq baza modelində təklif olunur.
Kia K3 115 at gücünə malik 1,5 litrlik atmosfer mühərrik və ya 140 at gücünə malik 1,4 litrlik turbo mühərrik ilə alıcının seçiminə görə təklif olunacaq.