Volkswagen yeni sedanı, 2024 Passat-ı satışa çıxarmağa hazırlaşır.
Reklam: Kluba üzv olmaq üçün fotoya toxun ⤵️
2024 Volkswagen Passat-ın şəkilləri “Carscoops” tərəfindən dərc olunub. Bundan əvvəl alman şirkəti yeni VW Passat B9-u Avropa bazarı üçün təqdim etmişdi.Avropa modeli yalnız vaqon (universal) ban növündə istehsal olunur.
Ancaq indi biz avtomobili ənənəvi sedan kuzovunda görürük. O, Volkswagen Magotan 2024 adlanır. Uzunluğu 4990 mm, təkər bazası 2871 mm, eni 1849 mm, hündürlüyü 1473 mm-dir.
Hələlik məlumdur ki, yeni VW Magotan-ın mühərrik çeşidi 220 at gücünə malik 2 litrlik turbo mühərriklə təqdim olunacaq. Ola bilsin ki, gələcəkdə başqa variantlar da ortaya çıxsın.
İlk növbədə, bu avtomobil Çin bazarı üçün nəzərdə tutulub, ənənəvi olaraq dünyada yaxşı tanınan Passat burada Magotan kimi adlanır. Rəsmi premyera bu ilin sonunda baş tutacaq.
Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.