Home » Ucarda ölümlə nəticələnən yol qəzası baş verib(Fotolar)

Ucarda ölümlə nəticələnən yol qəzası baş verib(Fotolar)

Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Qəza Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı “Mercedes Vito” markalı mikroavtobusla yük maşını toqquşub.

Avtoqəza nəticəsində 3 nəfər – Zaqatala rayon sakini, 1985-ci il təvəllüdlü Eyvaz İbrahim oğlu İbrahimov, Xaçmaz rayon sakini, 2002-ci il təvəllüdlü Rəcəb Ramin oğlu Mustafayev və Hürü adlı qız aldıqları ağır xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. E.İbrahimovun xəsarətləri ağır olduğundan o, xəstəxanada dünyasını dəyişib. Hürü isə Göyçay Rayon Xəstəxanasına aparılıb. Şəxsiyyətləri hələlik müəyyən edilməyən daha 4 nəfər hadisə yerində həyatını itirib.

Yol qəzasının təfərrüatları araşdırılır.

Xəbər “Qafqazinfo”ya istinadən verilmişdir.

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir