İqtisadi vəziyyətin pisləşməsi az qazanclı vətəndaşları qənaət etməyə məcbur edir.Ölkəmizdə də, yanacağın qiyməti insanların iqtisadi vəziyyəti ilə uyğunlaşmır və əvvələr daha yüksək oktanlı yanacaqdan istifadə edən sürücülər artıq maşınlarına aşağı oktanlı yanacaq vurmağa məcbur olurlar.
92 oktanlı benzindən istifadənin gizli təhdidlərindən biri odur ki, bütün istehsalçılar onun tərkibinə təmizləyici və yuyucu əlavələr əlavə etmir – onlar yanacağın bahalaşmasına səbəb olur.
Məlumdur ki, hər hansı bir enerji blokunda iş prosesində tədricən çöküntülər və hislər əmələ gəlir.Beləliklə, qatqısız yanacaq çirklənmə prosesini çox sürətləndirir. Nəticədə, motor titrəməyə və düzgün işləməməyə başlayır. Sürücülər isə avtomobil mağazalarında müxtəlif qatqılar axtarmalı olurlar ki, bu da, yeri gəlmişkən, heç də həmişə kömək etmir.
Bəzən bu problemlərin aradan qaldırılması üçün yanacaq injektorlarının dəyişdirilməsi və hətta mühərrikin yenidən təmizlənib yığılması kimi bahalı işlər görülməli olur.
Köhnə yanacağın istifadəsi də risklər daşıyır, xüsusən onun saxlanma şərtləri pozulduqda.Oksigen yanacağı oksidləşdirir, əlavələr (əgər varsa) öz xüsusiyyətlərini itirir və nəmlik performansı pisləşdirir, müxtəlif göbələklərin çoxalmasına səbəb olur. Nəticə yuxarıda təsvir edildiyi kimidir – silindrdə çirk yığılır. Bu çirkəri bəzən hətta alışdırma şamlarının (свечи) üzərində də, görə bilərsiniz.
Avtomobil istehsalçısı tərəfindən tövsiyə olunsa belə, 92 benzindən istifadə etməməlisiniz.Yanacaq çənlərinin qapaqlarında avtomobilin Aİ-92 benzinlə işləməsini yazmaq son vaxtlar kütləvi şəkildə çoxalmağa başlayıb, məsələn, ən çox Çin avtomobillərini bununla reklam etməyə, daha dözümlü olduğuna inandırmağa başlayıblar. Qeyd edək ki, 2013-cü ildən sonra hazırlanmış mühərriklər əvvəlcə sərt Avro-5 və Avro-6 standartları üçün nəzərdə tutulmuşdu. Yəni AI-98 və ya hətta “yüzüncü” benzin üçün. Lakin “proqram”ın köməyi ilə 92-dən qısa müddətə istifadə etmək mümkündür.
Aİ-92 benzindən istifadə artıq 50.000 km məsafədə hətta mühərriki ciddi təmirə məhkum edə bilər.Beləliklə, hətta Çin avtomobillərində 98 oktanlı benzini doldurmaq daha yaxşıdır. Bəli, bahadır, lakin mühərrik kapital təmir olmadan 250.000 km getmə ehtimalı daha yüksəkdir.
🔻Burada sizin yanacaq qatqılarınızın reklamı ola bilərdi (yalnız keyfiyyəti təstiq olunduğu halda)!