2023-cü il üçün Toyota nə planlayır? | V6 mühərrik ilə Prado?

Yeni il ərəfəsində Toyota 2023-cü ilin premyeralarını rəsmən elan etdi.Supra GRMN-in təqdimatı artıq yazda, yeni C-HR və növbəti Land Cruiser Prado-nun yayda təqdim ediləcəyi vəd edilir.Crown Sports SUV və Crown Estate universalının payızda, ardınca sedanın 2024-cü ilin yazında debüt etməsi planlaşdırılır.

Bu siyahıda bizi ən çox növbəti Land Cruiser Prado maraqlandırır.İkonik SUV-un yeni nəsli indiki nəsil modelin meydana çıxmasından 13 il sonra buraxılacaq.Yenilik haqqında məlumatı BestCarWeb paylaşıb.

Yolsuzluq avtomobili Land Cruiser 300 və yeni Tundra pikapında istifadə edilən TNGA-F modul arxitekturasında qurulacaq.Platformanın dəyişdirilməsi çərçivə strukturunu qoruyaraq avtomobilin çəkisini azaldacaq.

Yeni Land Cruiser Prado-nun mühərrik xətti 2,8 litrlik dizel mühərriki də daxil olmaqla dörd silindrli mühərriklərdən formalaşacaq.Enerji bloklarının bəziləri elektrikləşdirilib, bu, yanacaq sərfiyyatını azaldacaq və səmərəliliyi artıracaq.  Həmçinin TNGA-F sayəsində ikonik SUV yeni nəsildə V6 mühərrikləri ilə təklif olunacaq.Xüsusilə, Land Cruiser 300-də istifadə olunan 299 at gücü olan 3,3 litrlik mühərriklə.

© www.autoblog.az

Autoblog.Az – Rəqəmsal avtomobil dərgisi.

Bir cavab yazın