Stuttgartda Mercedes Hofele modifikatorları həqiqətən təvazökar şeylər etmir və son işləri bu sözü heç eşitməyib …
Ultimate HGLE Coupe – misilsiz GLE! Hələ adı açıqlanmayan hərkəsdən bir az fərqlənmək istəyən şəxs üçün hazırlanmış fərdi dizaynda bir avtomobil.Bu 23 düymlük yüngül lehimli disklərə baxın. Gözəldir!
![](http://autoblog.az/wp-content/uploads/2021/04/image-8668-1619090853-1100x619-1-1024x576.jpg)
Nəhəng təkərlər Hofele’nin “Tiffany Gold” adlandırdığı boya ilə boyanır, avtomobil isə üstü “Rose Gold” və aşağısı “Amaranto” qəhvəyi rənginə boyanaraq Maybach stilində iki rəngli bir avtomobil olur.
![](http://autoblog.az/wp-content/uploads/2021/04/image-3009-1619090887-1100x619-1-1024x576.jpg)
Hofele, avtomobilə kifayət qədər xrom bəzəklər əlavə etdi və salon ağ dəri,boz Alcantara ilə tamamlandı.
GLE ölkəmzidə təxmini 180-200 min manat dəyərindədir,lakin belə bir GLE dünyada bir ədəddir və oda Azərbaycanda deyil.
Autoblog.Az